Şahin Bağırov Gömrük Hospitalında mövcud vəziyyətlə tanış olub (FOTO)

Bakı. Trend:

Sentyabrın 28-də Dövlət Gömrük Komitəsi sədrinin birinci
müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti
general-leytenantı Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında
olub.

Hospitalın kollektivi ilə görüşən Şahin Bağırov tibb
müəssisəsinin ölkəmizdə insan sağlamlığının qorunması, müalicəsi
sahəsində əhəmiyyətli işlər gördüyünü, gömrük xidmətində çalışan
heyətin tibbi müayinəsini peşəkarlıqla həyata keçirdiyini, eləcə də
qısa zaman ərzində nümunəvi fəaliyyəti ilə nüfuz qazandığını
bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində
aparılan islahatların bu sahənin sürətli inkişafı üçün yeni
imkanlar yaratdığı diqqətə çatdırılıb, Mərkəzi Gömrük Hospitalının
da bu istiqamətdə inkişaf etdiyi vurğulayıb. Mərkəzi Gömrük
Hospitalının pandemiya dövründə səmərəli fəaliyyəti və COVID-19
xəstələrinin müalicəsində tibbi personalın fədakar əməyi də yüksək
qiymətləndirilib.

Şahin Bağırov gömrük sistemində həyata keçirilən işlərə uyğun
olaraq Mərkəzi Gömrük Hospitalında xidmət səviyyəsinin daha da
yüksəldilməsi, müasir müalicə texnologiyalarının öyrənilməsi və
tətbiqi, kadrların potensialının gücləndirilməsi və toplanan
təcrübənin bölüşülməsi ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Daha sonra hospitalın yeni inşa olunan korpuslarında aparılan
tikinti işləri ilə tanış olan Şahin Bağırov müvafiq göstəriş və
tapşırıqlarını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir