Satınalma hüququ ilə kirayə verilən mənzillərin sayı açıqlanıb

Bakı. Trend:

Satınalma hüququ ilə mənzillərin kirayə verilməsi mexanizmi
çərçivəsində 2 449 vətəndaş öz mənzil şəraitini yaxşılaşdırıb.

Trend-in
məlumatına görə, bunu İpoteka və Kredit-Zəmanət Fondunun İpoteka
kreditləri departamentinin direktoru Rasim Abdullayev KİV üçün
məşğələ zamanı deyib.

“Bu günədək Fond biznes kreditləri üzrə 320,751 milyon manat
məbləğində zəmanət və subsidiyalar verib. 50 bölgədə 40 438
borcluya 2,85 milyard manat məbləğində ipoteka krediti verilib”, –
deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir