Son iki il ərzində 60 startap sertifikatı verilib – KOBİA

Bakı. Trend:

Son iki il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) 60 startap sertifikatı verib.

Trend-in
məlumatına görə, bunu KOBİA-nın İdarə heyəti sədrinin müavini Samir
Hümbətov “Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” adlı
tədbir zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə sertifikatların verildiyi startap
layihələrin maliyyələşdirilməsi məsələsinin işlənməsi nəzərdə
tutulur.

“Sertifikat almış bəzi startapçılar var ki, onlardan gözlənilən
fəaliyyəti göstərə bilmir. Ona görə də maliyyələşmə və kreditləşmə
alətlərinin yaradılması lazımdır”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir