“Visa” Azərbaycanda ictimai nəqliyyatda yeni ödəniş üsulunu işə salacaq

Bakı. Trend:

“Visa” Azərbaycanda ictimai nəqliyyatda MTT (ictimai nəqliyyatda
əməliyyat) həllini işə salmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu “Visa”nın
regional meneceri Nurlan Hacıyev “Azərbaycanda fintex ekosistemi –
bu gün və sabah” adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, söhbət nəqliyyat vasitələrində
tokenləşdirmənin reallaşmasından gedir.

“Tokenləşmə vasitəsilə ödənişlər müstəqil rejimdə aparılır.
Təhlükəsizliyin təmin olunması məqsədilə məhz bu üsulun tətbiqi
planlaşdırılır. Belə ki, müstəqil ödənişlər onlayn ödənişlərdən
daha az təhlükəlidir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir