“Visa” Azərbaycanda qlobal ödəniş alətlərinin işə salınmasının təməlini qoyub – Regional menecer

Bakı. Trend:

“Visa” 2019-cu ildə Azərbaycanda “Apple Pay” və “Google Pay”
kimi həllərin işə salınmasının təməlini qoyub.

Trend-in məlumatına görə, bunu “Visa”nın
regional meneceri Nurlan Hacıyev “Azərbaycanda fintex ekosistemi –
bu gün və sabah” adlı tədbir zamanı deyib.

Onun sözlərinə görər, tokenləşmənin işə salınması ilə bu qlobal
həllərin işə salınması mümkün oldu.

“Biz əmin idik ki, bu, Azərbaycanda “Apple Pay” və “Google
Pay”in işə düşməsinə yol açacaq. Bu gün ölkənin bir sıra bankları
bunun üzərində işləməyə davam edir. Bundan başqa. biz Bakı-Sumqayıt
marşrutu ilə hərəkət edən qatarlara nağdsız bilet satışını işə
saldıq. Müvafiq infrastruktur Abşeron dairəvi dəmir yolunun 14
stansiyasında quraşdırılıb. Bu təşəbbüsü digər marşrutlar üzrə
genişləndirmək planlaşdırılır”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir