2026-cı ilədək işğaldan azad edilən ərazilərdə qazpaylayıcı şəbəkə qurulacaq

Bakı. Trend:

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz təchizatı
məqsədilə paylayıcı şəbəkə qurulacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı
Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda
əksini tapıb.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə ərazi
planlaşdırma sənədlərinə uyğun olaraq Şuşa, Xocavənd, Ağdam,
Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və
Xocalı rayonlarının yaşayış məntəqələrində qazpaylayıcı şəbəkənin
qurulması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir