Aliment və ailənin saxlanılmasının digər formaları barədə beynəlxalq konvensiya təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “Uşaqlara görə alimentin tutulması və
ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası
haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
Qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə
əsasən, “Uşaqlara görə alimentin tutulması və ailənin
saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında”
2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiya
Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə
təsdiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir