Azərbaycan Ombudsmanı VII beynəlxalq elmi-praktik konfransa qatılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva “Avrasiya məkanında insan hüquqlarının
müdafiəsi problemləri: Ombudsmanların müsbət təcrübə mübadiləsi”
mövzusunda VII beynəlxalq elmi-praktik konfransda çıxış edib.

Ombudsman Aparatından Trend-ə
verilən məlumata görə, çıxışı zamanı Azərbaycan Ombudsmanı qeyd
edib ki, gənclərin hüquqlarının müdafiəsi və inkişafı ölkə
siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai
həyatın bütün sahələrində fəal iştirak edir. O, Ombudsman təsisatı
olaraq, əhalinin bütün kateqoriyalarının, o cümlədən gənclərin
insan hüquqları, gender bərabərliyi, qadınlara qarşı zorakılığa və
erkən nikahlara qarşı mübarizə, habelə onların fəallığının
artırılması istiqamətində maarifləndirici tədbirlər həyata
keçirdiyini vurğulayıb.

Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xaricdə
təhsil, sosial müdafiəsi, problemlərinin həlli istiqamətində
görülən işlər, gənclər təşkilatlarının formalaşmasına şərait və
imkanların yaradılması bu sahəyə böyük diqqətin nəticəsidir.

Ombudsmanın da tövsiyələri nəzərə alınaraq, gənclərin
intellektual və fiziki inkişafını, ölkənin ictimai-siyasi və mədəni
həyatında fəal iştirakını təmin etmək məqsədilə “Azərbaycan
gəncliyinin 2015-2025-ci illərdə inkişaf strategiyası”nın təsdiq
edildiyi diqqətə çatdırılıb.

Bundan əlavə, yüksək idarəçilik keyfiyyətlərinə malik
perspektivli gənc liderləri müəyyən etmək və onlara dəstək olmaq
məqsədilə keçirilən “Yüksəliş” müsabiqəsi çərçivəsində Ombudsmanın
da sözügedən müsabiqənin qaliblərindən birinə mentorluq etdiyi
vurğulanıb.

Qeyd edilib ki, gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsi,
gənclərin insan hüquq və azadlıqlarının əhəmiyyətini dərk etməsi
məqsədilə hər il bir qrup könüllü Ombudsman Aparatının fəaliyyətinə
cəlb olunur.

Əlilliyi olan gənclərin hüquqlarının müdafiəsi sahəsində
Azərbaycanın müsbət təcrübəsindən bəhs edən Ombudsman onun
tövsiyələri əsasında bu kimi şəxslərin ictimai həyatın bütün
sahələrində əlçatanlığının təmin edilməsi, inklüziv təhsilin
təşkili üçün zəruri maliyyə və insan resurslarının ayrılması,
habelə müvafiq mütəxəssislərin işə cəlb edilməsi istiqamətində
tədbirlərin görüldüyü qeyd edilib.

Sonda S. Əliyeva gənclərin hüquqlarının müdafiəsi sahəsində
müsbət təcrübələrin beynəlxalq konfrans çərçivəsində bölüşməsinin
əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlıq əlaqələrinin davam
etdirilməsini təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir