Azərbaycanda “yaşıl” istiqrazların buraxılması planlaşdırılır

Bakı. Trend:

2023-cü ilin əvvəlində Azərbaycanda “yaşıl” istiqrazların
buraxılması planlaşdırılır.

Bunu bu gün Asiya İnkişaf Bankının investisiyalar üzrə
mütəxəssisi Sənan Şabanov Trend-in sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə 3-4 şirkətlə
danışıqlar aparılır.

“Qeyd edim ki, bu şirkətlər özəl sektorun Azərbaycan kapitallı
şirkətləridir. Biz bu istiqamətdə marağın artmasını görürük və
iştirakçıların sayının tezliklə artmasını gözləyirik”, – deyə o
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir