Azərbaycanın dövlət borcunun idarə olunması üzrə planlar açıqlanıb

Bakı. Trend:

2026-cı ilədək Azərbaycanın dövlət borcunu ümumi daxili məhsulun
20 faizi səviyyəsində saxlamaq planlaşdırılır.

Trend-in
məlumatına görə, bunu çərşənbə günü Maliyyə Nazirliyi Ortamüddətli
xərclər çərçivəsinin hazırlanması mərkəzi direktorunun müavini
Rəşad Həsənov 3-cü Maliyyə və İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, bu müddətədək Azərbaycanın sosial-iqtisadi
inkişafı çərçivəsində qeyri-neft bazasının kəsirini ÜDM-in 17,5
faizinədək azaltmaq planlaşdırılır.

“Azərbaycanın dövlət büdcəsi əsasən Dövlət Neft Fondundan
transfertlər hesabına formalaşır. Həmçinin, dövlət büdcəsinin neft
sektorundan asılılığının azaldılması üzrə işlər aparılır”, – o
deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir