Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Bakı. Trend:

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal
idman zalları tikiləcək
İşğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və
universal idman zalları (üzgüçülük hovuzları, gimnastika, güləş, əl
oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları
ilə birgə) tikilib istifadəyə veriləcək.

Trend xəbər verir ki, bu,
Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Olimpiya İdman Komplekslərinin
tikintisi 2023-cü il, universal idman zallarının inşası isə 2024-cü
ildə başlayacaq.

Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə
Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi
tərəfindən ediləcək.

İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə
tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir