Azad edilmiş ərazilərin 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərin ümumilikdə 280 min hektarı
2026-cı ilə qədər minalardan təmizlənəcək.

Trend xəbər verir ki, bu,
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini
tapıb.

Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə
yetirməlidir.

Eyni zamanda, 2022‒2025-ci ildə 215 min ha ərazinin minalardan
təmizlənməsi təmin olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir