Azad olunmuş ərazilərdə yaşayış obyektlərinin satışı üçün ipoteka kreditləri veriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının azad edilmiş ərazilərində
2022‒2026-cı illər ərzində yaşayış məntəqələrinin salınmasına özəl
investisiyaların cəlb edilməsi və dövlət‒özəl tərəfdaşlığının
qurulması təmin ediləcək.

Trend-in məlumatına görə, bu, “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, İpoteka Kreditə Zəmanət Fondu (İKZF) və MİDA
tərəfindən ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış
sahələrinin satışı dəstəklənəcək, ərazilərdə ipoteka kreditləşməsi
vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsi məqsədilə
İKZF kapitallaşdırılacaq, yaşayış sahələrinin tikintisi, habelə
tikinti materiallarının istehsalı ilə məşğul olan subyektlərin
maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək, cəlb
edilmiş resursların maya dəyəri azaldılacaq.

Bunun üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə
yaşayış sahəsinin alınması üçün ipoteka kreditləşməsi mexanizminin
şərtlərinə yenidən baxılacaq (kreditin girova, gəlirin borca
nisbətləri və s), sahibkarların müvəkkil banklardan manatla
aldıqları kreditlərə zəmanət verilməsi mexanizm təkmilləşdiriləcək,
İKZF-nin zəmanəti ilə alınan kreditlər üzrə hesablanmış faizlərin
bir hissəsinə subsidiya veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir