Baş Prokuror Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Noyabrın 16-da Baş prokuror Kamran Əliyev Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, görüşdə çıxış
edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə
müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları
çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər məlumat
verib.

Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının
müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin
əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq
qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və
vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv
müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının
fəaliyyətinin insan hüquqlarının təmini baxımından
təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin sədri Anar Bağırov cinayət mühakimə icraatında
ittihamı və müdafiəni həyata keçirən təsisatlar olaraq cinayət
mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi
istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun
təmin edilməsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorluq orqanları ilə səmərəli və işgüzar
münasibətlərin vacibliyini bildirib.

Görüş zamanı cinayət prosesinin həyata keçirilməsi zamanı
meydana çıxan aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir