Bu qətnamə Fransa ilə Azərbaycan arasında xeyli anlaşılmazlıqlar yaradacaq – Qətnamənin əleyhinə səs vermiş yeganə senator

Bakı. Trend:

Fransa Senatının Azərbaycanla bağlı dünən qəbul etdiyi qətnamə
iki ölkə arasında xeyli anlaşılmazlıqlar yaradacaq.

Bunu Trend-in
müraciətinə cavab olaraq çərşənbə günü qətnamənin əleyhinə səs
vermiş yeganə senator olan Natali Qule deyib.

Qeyd edək ki, söhbət 15 noyabr 2022-ci il tarixində Fransa
Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və
onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci
il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə
arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün
təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən gedir.

“Həmkarlarımın əksəriyyətinin dairəsində çoxlu ermənilər var.
Onlar münaqişəni xristian ermənilərlə müsəlman azərbaycanlılar
arasında münaqişə kimi qələmə verərək yanlış rəy yaradıblar. Onlar
yalnız bir versiyaya malikdir və hər iki tərəfin mövqeyi ilə
maraqlanmır. Burada erməni lobbisi, xüsusilə, qəzet və
televiziyalar da çox güclüdür. Bu qətnamə xeyli anlaşılmazlıqlar
yaradacaq. Parlament daha balanslı prezident və hökumətdən
fərqlənir. Bu, balanslaşdırılmış mövqe üçün çox pis nümunədir.
Fikrimcə, Fransa, həmçinin, Minsk qrupunun həmsədri qismində
nüfuzunu itirdi”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir