Minsk Qrupu mexanizmi artıq fəaliyyət göstərmir – Filip Riker

Bakı. Trend:

ABŞ administrasiyası bildirir ki, Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun mexanizmi artıq
işləmir və Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı
əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə
nizamlanma ilə məşğuldur.

Trend-in “TASS”a
istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət
Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker
deyib.

“Mənə elə gəlir ki, o, konsensus vasitəsilə bu mandata son verə
biləcəyimiz yerə qədər inkişaf edib. Bununla belə, mandatın özü
kifayət qədər faydalıdır. Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri
arasında [qarşılıqlı fəaliyyət] prosesi artıq işləmir. Və biz (ABŞ
administrasiyasının rəsmiləri) tərəflərin sülh prosesində birbaşa
iştirak edirik”, – deyə ABŞ Konqresinin Senatının Xarici Əlaqələr
Komitəsində dinləmələrdə çıxış edən diplomat bildirib.

Onun sözlərinə görə, Minsk qrupu məlum olduğu formatda artıq
fəaliyyət göstərmir:

“Mandat qalır. Mandatın məqsədi, təbii ki, saxlanılır. ATƏT isə
konsensus əsasında fəaliyyət göstərir. Mən fransalı həmkarımla,
hazırda regionda bu qədər [dərindən] iştirak edən Aİ ilə, digər
maraqlı tərəflərlə, ATƏT-in özü ilə çox sıx əlaqə saxlayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir