Mülki və ya ticarət işləri üzrə məhkəmə sənədlərinin xaricdə təqdimi barədə konvensiya təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Mülki və ya ticarət işləri üzrə məhkəmə
və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında”
Konvensiyanın təsdiq edilməsi barədə
Qanunu imzalayıb.

Trend xəbər verir ki, Qanuna
əsasən, “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə
sənədlərinin xaricdə təqdim edilməsi haqqında” 1965-ci il noyabrın
15-də Haaqa şəhərində imzalanmış Konvensiya Azərbaycan
Respublikasının müvafiq bəyanatları ilə təsdiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir