Qazaxıstan rəqabətli seçkilərin keçirilməsi üçün zəruri şəraiti yaradıb – Səfir

Bakı. Trend:

Qazaxıstan rəqabətli seçkilərin keçirilməsi üçün zəruri şəraiti
yaradıb.

Trend-in məlumatına görə, bunu çərşənbə günü
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanda
keçiriləck prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı
zamanı deyib.

“Faciəvi yanvar hadisələrindən sonra və artmaqda olan geosiyasi
gərginlik nəzərə alınaraq qərara alınıb ki, ölkədə uğurlu
islahatların reallaşdırılması üçün yeni siyasi mandat tələb olunur.
Qazaxıstandakı prezident seçkiləri rəqabətli, açıq və şəffaf
keçəcək və bu çoxsaylı beynəlxalq müşahidəçilərin iştirakı ilə
təmin olunacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanda prezident seçkiləri noyabrın 20-də
keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir