Serebral iflic xəstəliyi olan uşaqların valideynlərinə dəstək məqsədli yeni veb səhifə və mobil tətbiqi təqdim edildi (FOTO)

Bakı. Trend:

Onlara evdə uşaqlarının reabilitasiyasına dəstək verə
bilmələri üçün 50 videodərs
hazırlanaraq
www.serebralders.az veb səhifəsində və mobil tətbiqdə
yerləşdirilib
.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanmış
www.serebralders.az veb səhifəsi və mobil tətbiqinin təqdimatı
keçirilib.

Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Elm və
Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Mehriban Vəliyeva, qeyri-hökumət təşkilatlarının nümayəndələri və
b. iştirak edib.

V.Behbudov həssas əhali qrupları ilə bağlı davamlı olaraq
layihələr həyata keçirildiyini qeyd edib. Bu layihələrin mühüm bir
istiqamətinin də 18 yaşınadək əlilliyi olan şəxslərin sosial
reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə
yönəldiyini bildirib.

Qeyd olunub ki, təqdim edilən www.serebralders.az veb səhifəsi
və xüsusi mobil tətbiqi də serebral iflic xəstəliyindən əziyyət
çəkən uşaqların valideynlərinə, onların bacarıqlarının
artırılmasına, bu istiqamətdə elektron resurslardan istifadənin
genişlənməsinə dəstək məqsədi daşıyır.

Layihə çərçivəsində həmin valideynlər üçün evdə uşaqlarının
reabilitasiyasına dəstək verə bilmələri üçün 7 istiqamət üzrə 50
videodərs hazırlanıb və www.serebralders.az veb səhifəsində və
mobil tətbiqdə yerləşdirilib.

Nevroloq, pediatr, fizioterapevt, psixoloq, loqoped və digər
mütəxəssislərin iştirakı ilə hazırlanan bu videodərslərdə
valideynlərə serebral iflici olan uşaqların fiziki və zehni
inkişafı, onlara qayğı və qulluq, ilkin yardım üçün ev şəraitində
görüləcək tədbirlərə dair bilik və bacarıqlar öyrədilir.

Videodərslər dünya praktikasında qəbul olunmuş tədris proqramı
və vəsaitləri əsasında hazırlanıb.

Bu layihə ilə valideynlərə uşaqlarının qayğısına qalmaq, onların
təhlükəsizliyini təmin etmək və inkişaflarına dəstək olmaq üçün
videodərslərdən təmənnasız yararlanmaq imkanı yaradılıb.

Tədbirdə bu kimi layihələrin xüsusi qayğıya ehtiyacı olan
şəxslərin reabilitasiya yönümlü xidmətlərə əlçatanlığının
artırılmasına önəmli dəstək olduğu vurğulanıb, videodərslərdə
iştirak edən uşaqlara təşəkkürnamələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir