Xırdalanda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində
çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışla
əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi
Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları
hadisə yerinə cəlb olunub.

TƏBİB-dən Trend-ə
verilən məlumata görə, ilkin məlumata görə, 3-ü uşaq olmaqla 4
nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq
şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər
göstərilib.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan – 22
yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti
ağır, cinsləri qadın olan – 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi
olan – 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq
diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir