Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində
çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə
ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir