Yaxın üç ildə işğaldan azad olunan ərazilərə 34 500 ailə köçürüləcək

Bakı. Trend:

2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin
köçürülməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu,
Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, tərtib edilmiş planlar üzrə bərpa
qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə
ailələrin köçürülməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir