“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir (VİDEO)

Bakı. Trend:

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, hərbi qulluqçuların bilik və bacarıqlarının
artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi
məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı
yoxlanılır.

Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq
və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər.

Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank
bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir