ABŞ maliyyə naziri kriptovalyuta bazarlarına nəzarəti gücləndirməyə çağırıb

Bakı. Trend:

ABŞ maliyyə naziri Janet Yellen “FTX” kriptovalyuta birjasının
iflası fonunda kriptovalyuta bazarlarına daha çox nəzarət etməyə
çağırıb.

Trend-in
məlumatına görə, bu barədə nazirin yazılı açıqlamasında
bildirilib.

“Böyük kriptovalyuta birjasının son çöküşü və onun kriptovalyuta
sahiblərinə və investorlarına göstərdiyi fəsadları kriptovalyuta
bazarlarına daha yaxşı nəzarətin zəruriliyini nümayiş etdirir”, –
deyə J.Yellen qeyd edib.

Nazir bildirib ki, maliyyə sabitliyinə gəlincə, bu hadisələrin
kriptovalyuta bazarlarına təsiri az olub, lakin Maliyyə
Nazirliyinin rəhbərliyi altındaki Maliyyə Sabitliyinə Nəzarət
Şurasının son hesabatında ənənəvi maliyyə sistemi ilə kriptovalyuta
bazarlarının daha da birləşməsi maliyyə sabitliyi ilə bağlı daha
ciddi narahatlıqlar yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir