ABŞ prezidenti respublikaçıları səs çoxluğu qazanması münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden respublikaçıları ABŞ Nümayəndələr
Palatasında səs çoxluğu qazandıqlarına görə təbrik edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidentinin yazılı bəyanatında
bildirilib.

C.Bayden onlar ilə əməkdaşlığa hazır olduqlarını deyib:

“Mən [respublikaçılarının aşağı palatasındakı lideri Kevin]
MakKartini səs çoxluğu qazanması münasibətilə təbrik edirəm”.

C.Bayden qeyd edib ki, o, sadə amerikalıların xeyrinə nəticələr
əldə etmək üçün Nümayəndələr Palatasının respublikaçıları ilə
işləməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir