“Albayrak Holding” Bakı limanının tikintisinin ikinci mərhələsində iştirak etməyə hazırdır – Regional direktor

Bakı. Trend:

Türkiyənin “Albayrak Holding” şirkəti Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının tikintisinin ikinci mərhələsində iştirak etməyə
hazırdır.

Bunu bu gün Trend-ə müsahibəsində “Albayrak Group”un
Azərbaycandakı regional direktoru Harun Öncü deyib.

Onun sözlərinə görə, şirkətlə Bakı limanı arasında müvafiq
danışıqlar artıq aparılır.

“Qarşılıqlı razılaşma əldə olunacağı təqdirdə “Albayrak”
tikintinin ikinci mərhələsi dövründə Bakı limanının gücünün
genişləndirilməsi prosesinə cəlb oluna bilər. Onu qeyd etmək
istəyirəm ki, “Albayrak” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
ilə sıx əməkdaşlıq edir. Yaxın zamanlarda agentliklə birgə
layihənin icrası planlaşdırılır”, – deyə o bildirib.

H.Öncü bildirib ki, “Albayrak” və Bakı limanı razılaşdırılmış
tərəfdaşlıq çərçivəsində birgə mineral gübrələr terminalı inşa
etməyi planlaşdırır.

“Həmçinin, razılaşma əsasında “Albayrak” Ro-Ro, konteyner və
əsas terminalların əməliyyat proseslərini idarə edəcək. Bakı limanı
ilə əməkdaşlığın birinci mərhələsində 30 milyon dollar həcmində
investisiya büdcəsi formalaşdırmışıq. Dörd milyon dollar Bakı
limanında konteyner aşırması üçün səyyar kranın inşasına
yönəldilib. Əlbəttə investisiyalarımız bu vəsaitlərlə
məhdudlaşmayacaq, əməkdaşlığımz genişləndikcə və yeni layihələr
yarandıqca investisiyalar arta bilər”, – H.Öncü deyib.

O əlavə edib ki, “Albayrak” Azərbaycanı azad edilmiş ərazilərin
bərpasında da dəstəkləməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir