Avropa Azərbaycandan qaz tədarükünə bel bağlayır – Bolqarıstanın sabiq prezidenti

Bakı. Trend:

Avropa Azərbaycandan qaz tədarükünə bel bağlayır.

Bunu bu gün Trend-ə Bolqarıstanın sabiq prezidenti Petr Stoyanov
deyib.

“Azərbaycan mövcud enerji böhranı şəraitində Avropa üçün enerji
tərəfdaşı qismində çox vacib rol oynayacaq. Təkcə Bolqarıstan
deyil, həm də bütün Avropa Azərbaycanla gələcək enerji
əməkdaşlığına bel bağlayır”, – deyə o bildirib.

P.Stoyanovun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın
əvvəlində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə
salınması ilə əlaqədar Bolqarıstana səfəri böyük və vacib hadisə
idi.

“IGB ölkəmiz üçün çox vacib layihədir və Bolqarıstanda hər kəs
bunu başa düşür. Bizim Azərbaycanla çox gözəl tarixi
tərəfdaşlığımız mövcuddur və biz bir-birimizə hörmətlə yanaşırıq.
Azərbaycan və Bolqarıstanın əməkdaşlıq üçün vədedici gələcəyi var”,
– o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir