Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 94,47
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43
dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 92,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 1,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,2
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə
1,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 92,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,57
dollar/barel azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir