Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Bakı. Trend:

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında kəskin meninqo
– ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi
qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə
baxmayaraq noyabrın 17-də vəfat edib.

Bu barədə bu gün MN-dən Trend-ə bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir