Azərbaycan Qarabağda bərpa işləri üçün tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıdır – Elnur Əliyev

Bakı. Trend:

Azərbaycan Qarabağda bərpa işləri üçün tərəfdaş ölkələrdən
investisiyaların cəlb olunmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu bu gün
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İnvestisiyalar
və gənc sahibkarlıq forumunda deyib.

O qeyd edib ki, bugünkü forum ticari-iqtisadi əməkdaşlıq,
Azərbaycanın investisiya imkanlarının təşviqi baxımından vacib
platformadır.

“Hökumətimiz bərpa işlərinə böyük vəsaitlər qoyur. İşğaldan azad
edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, yeni beynəlxalq və
regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından istifadə həm
ölkəmizin, həm də bütünlüklə regionun inkişafına təkan verəcək.
Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd
təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələr böyük potensiala
malikdir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir