Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 753
vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya
olunanların sayı 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların
sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı
350, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya
olunanların sayı 37 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 917529, birinci mərhələ üzrə
vaksinasiya olunanların ümumi sayı 5 391 560, ikinci mərhələ üzrə
vaksinasiya olunanların sayı 4 872 919, üç və daha çox doza üzrə
vaksinasiya olunanların sayı 3 389 528, pozitiv nəticədən sonra
buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 522 nəfər
təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir