Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
44 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 849 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 627
nəfər müalicə olunaraq sağalıb, 9 968 nəfər vəfat edib, aktiv xəstə
sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1 983, hazırkı dövrədək isə 7 351 681
test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir