Azad torpaqlarda doğulan uşaqlara Qələbə müavinətlərinin verilməsi təklif edilir

Bakı. Trend:

Azad torpaqlarda doğulan uşaqlara Qələbə müavinətlərinin
verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin
noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə
əhalinin sayında 2 %-dək azalma, 60 yaşdan yuxarı əhalinin sayında
65% artım var. “Əhalinin demoqrafik qocalması baş verir. Ona görə
də Böyük Qayıdışı həm də demoqrafik artıma çevirməkdən ötrü azad
torpaqlarda doğulan uşaqlara yeni dövlət ödənişləri-Qələbə
müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin mühüm siyasi
qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili
miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından
asılıdır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir