Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilir

Bakı. Trend:

Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat,
Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər
Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc
Sahibkarlar Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, İCYF ilə əməkdaşlıq çərçivəsində artıq
2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT)
üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar,
startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və
diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət
qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların,
ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya
qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə
məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni
baxışın inkişaf etdirilməsi və startap ekosisteminin
gücləndirilməsi yollarını müzakirə etməkdir.

Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan
forum iştirakçılarına müraciət ünvanlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir