Bakıda “Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: çağırışlar və inkişaf” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən XI Azərbaycan-Rusiya regionlararası forum
çərçivəsində “Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri:
çağırışlar və inkişaf” adlı dəyirmi masa təşkil olunub.

Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyindən Trend-ə bu gün
bildirilib ki, dəyirmi masada “Ticarətin inkişafı üçün nəqliyyat
dəhlizlərinin imkanlarından istifadə edilməsi”, “Eurasian
Agroexpress: Problemlər və perspektivlər”, “Qarşılıqlı tədarükləri
artırmaq üçün liman infrastrukturunun potensialı”, “Nəzarət-keçid
məntəqələrinin modernləşdirilməsi: ehtiyaclar və perspektivlər”
mövzuları ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rəhman Hümmətov çıxışında Azərbaycan ərazisindən
keçən Şərq-Qərb və Şimal-Cənub – iki əsas nəqliyyat dəhlizinin
inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin tranzit
potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən
infrastruktur layihələri haqqında danışıb.

Nazir müavini Bakı-Tbilisi-Qars dəmir yolunun Şərq-Qərb
nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrildiyini, bu yolun
fəaliyyəti sayəsində region ölkələrinin dünya iqtisadi birliyinə
daha səmərəli inteqrasiya edə biləcəyini diqqətə çatdırıb.

Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərimizdə avtomobil
və dəmir yollarının tikintisi və bərpası, beynəlxalq hava
limanlarının inşası barədə məlumat verib.
Nazir müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycanın ümumi
nəqliyyat kompleksinin bir hissəsi olan Zəngəzur dəhlizi hazırda
təkcə Cənubi Qafqazda sülhün bərpası üçün deyil, həm də Avropaya
tədarük zəncirinin təhlükəsizliyi və sabitliyi baxımından mühüm
əhəmiyyət kəsb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir