Bakıda Özbəkistanın “Xumo“ baleti təqdim edildi (FOTO)

Bakı. Trend:

Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr
çərçivəsində Ə. Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və
Balet Teatrının kollektivi Bakıya qastrol səfərindədirSəfər
çərçivəsində Daşkənd Teatrının sənətçiləri Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının səhnəsində iki tamaşa ilə çıxış
edəcəklər.

Trend xəbər verir ki, teatrın
vokal və balet truppalarını, xor və simfonik orkestrini təmsil edən
179 nəfərlik yaradıcı heyətlə Bakıya gələn özbək həmkarlarımız
noyabrın 16-da özbək bəstəkarı Ənvər Erqaşovun “Xumo” baletini
təqdim etdi. Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə
bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət
mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli
nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və
sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur.
Sehirli quş – Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu
mübarizəyə yardımçı olur.

Noyabrın 17-də isə Özbəkistanlı opera ustaları görkəmli italyan
bəstəkarı Cüzeppe Verdinin ” Ruqoletto ” operasının tamaşası ilə
çıxış edəcəklər.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir