Bakının bu küçəsində hərəkət məhdudlaşdırılıb, avtobusların istiqaməti dəyişdirilib

Bakı. Trend:

Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində aparılan təmir
işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət
qoyulub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bu
səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və H1
ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti
olaraq dəyişdirilib.

Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ
yollarla hərəkət edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir