Bosniya və Herseqovinanın sabiq Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub (FOTO)

Bakı. Trend:

Dünən səlahiyyətlərini təhfil verən Bosniya və Herseqovinanın
2018-2022 illərdəki Prezidenti Şefik Dzaferoviç Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin (NGIC) üzvü olub.

Mərkəzdən Trend-ə bu gün bildirilib ki, Şefik Dzaferoviç
2018-2022-ci illərdə Bosniya və Herseqovona Prezidentliyinin
Bosniak üzvü kimi fəaliyyət göstərmişdir.

Şefik Dzaferoviç
vəzifədə olduğu illər ərzində Azərbaycan Respublikası Prezidentinin
himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
keçirilən 6/7/8/9 Qlobal Bakı Forumları; Mərkəzin İtaliya
Prezidentinin himayəsi ilə keçirilən Roma Ali Səviyyəli toplantısı,
BMT çərçivəsində təşkil olunan Nyu-York Ali Səviyyəli
toplantılarında iştirak etmiş və Mərkəzin üzvlərini Sarayevoda
keçirilən 10 dan çox toplantısında qəbul etmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) müxtəliflik,
tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə
həsr olunmuş beynəlxalq təşkilatdır.

Bu prinsiplər XII əsr şairi və arifi Nizami Gəncəvinin müdafiə
etdiyi dəyərlərdir. NGBM-i şərq mədəniyyətinin dahilərindən sayılan
Nizami Gəncəvi və onun irsi ilə bağlı bir sıra tədqiqat və
sənədləşdirmə layihələri reallaşdırıb. NGBM eyni zamanda dünyanın
çağırışlarını müzakirə etmək və mövcud problemlərin həlli yollarını
araşdırmaq üçün dövrümüzün ən görkəmli adamlarını bir araya
toplayır.

Mövcud olduğu 10 il ərzində NGBM 20-dən çox ölkədə (o cümlədən
Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya,
Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 25 Ali Səviyyəli
Görüşlərə, 12-dən çox Fakt Araşdırıcı Missiyaya və 24-dən çox
koordinasiya görüşlərinə ev sahibliyi etmişdir.

Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi Nizami Gəncəvi və digər dahilərin əsərlərin
toplandığı xüsusi Kitabxanaya ev sahibliyi edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir