Cənubi Qafqaz boru kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Cənubi Qafqaz qaz xətti
ilə (Bakı-Tbilisi-Ərzurum) 17,07 milyard kubmetr qaz nəql
olunub.

Trend bu barədə
bu gün Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,8 faiz
artıb.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən təbii
qazın 53,8 faizi Cənubi Qafqaz qaz xəttinin payına düşüb. Ötən ilin
eyni dövründə bu göstərici 50,5 faizə bərabər idi.

Ümumilikdə, 2022-ci ilin yanvar-oktyabr aylarında magistral qaz
kəmərləri ilə 31,707 milyard kubmetr qaz nəql edilib. Bu, 2021-ci
ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir