Caspian Events Group 5-illiyində “Trend of the Year 2022” mükafatı təqdim etdi (FOTO)

Bakı. Trend:

Caspian Events Group 5-illiyini qeyd etdi.

Qala-gecəsində müxtəlif sahələrdə uğur qazanan, fərqlənən,
trendə çevrilən şəxslərə və şirkətlərə “Trend of the Year 2022”
mükafatı təqdim edildi. Mükafatın verilməsində əsas məqsəd müxtəlif
sahədən olan insanları bir araya toplamaq, nominantları geniş
ictimaiyytə təqdim etmək və onlar arasında qarşılıqlı əlaqələri
daha da möhkəmləndirmək idi. Aparıcılığı əməkdar artist Elnur
Kərimova həvalə olunan gecədə iş adamları ilə yanaşı, bir çox
məhşur simalar da yer aldı. Mükafatçılar sırasında Baba Vəziroğlu,
Təyyar Bayramov, Səlim Abbasov, Vəfa Zeynalova, Xuraman Şuşalı,
Mirələm Mirələmov, Rübail Əzimov, Kənan Bayramov, Zümrüd Bədəlova,
Şəhriyar Əbilov, Aqil M Quliyev, Hacı Nuran, Elvin Babazadə,
Elməddin Cəfərov, Vüqar İmanov və başqa tanınmış simalar yer
alıb.

Qeyd edək ki, Caspian Events Group şirkəti 5 il öncə tanınmış
aktyor və təşkilatçı Tural Ələkbərov tərəfindən yaradılmışdır.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir