Dövlət Neft Şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli
2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam
imzalayıb.

Trend xəbər verir ki,
Sərəncamla “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə
Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446
nömrəli Sərəncamının birinci hissəsinə “Azər Bayramov – Azərbaycan
Respublikası maliyyə nazirinin müavini” sözlərindən sonra aşağıdakı
məzmunda yeni abzas əlavə edilir:

“Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin
müşaviri”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir