İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin
Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun
Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti
ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam
Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı
alınıb.

DSX-dən Trend-ə bildirilib ki, keçirilmiş sərhəd axtarışı və
əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş
1 ədəd bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 500 qram
narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq
götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir