ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” üzrə Azercell-in sertifikasiyası uğurla yenilənib (FOTO)

Bakı. Trend:

Ölkənin lider mobil operatoru “Azercell Telekom” növbəti dəfə
ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına
üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçərək növbəti
dəfə uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük
akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board)
tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası
Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin 27-28 oktyabr
2022-ci il ərzində keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in
antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha
təsdiq edib.

Xüsusi antikorrupsiya proqramı Azercell-də artıq uzun müddətdir
ki, icra edilir. Proqramın əsas istiqaməti Azercell-in
fəaliyyətinin aid olduğu bütün sahələrdə korrupsiyanın qarşısının
alınmasına xidmət etmək, biznes etikası davranışının təbliğini, bu
yöndə əməkdaşlar və biznes tərəfdaşları üçün təlimlərin təşkil
edilməsidir. Qeyd olunan standartların tələblərinə maliyyə və
qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə
məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının
araşdırılması, əməkdaşlıq edilən biznes tərəfdaşlarının uyğunluq
yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin
azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.

ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı
(ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı
mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart
hesab edilir.

Uyğunluq standartı üzrə Sertifikat Azercell-in Hüquq, Etika və
Komplayens departamentinin direktoru Şirin Əliyevaya təqdim edilib.
Ş.Əliyeva resertifikasiya mərhələsi zamanı şirkətdə korrupsiyanın
qarşısının alınması istiqamətində görülən tədbirlərin ekspertlər
tərəfindən yüksək qiymətləndirilməsini və Azercell-in ölkədə bu
istiqamətdə uyğunluq sertifikatı alan ilk mobil operator olmasını
da nəzərə çatdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir