Kriştiano Ronaldo Nigeriya ilə yoldaşlıq oyununu buraxacaq

Bakı. Trend:

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo səhhətindəki
problemlərə görə Nigeriya ilə yoldaşlıq görüşündə oynamayacaq.

Trend-in
məlumatına görə, Portuqaliya komandasının baş məşqçisi Fernandu
Santuş deyib.

“Sabah üçün o hazır olmayacaq, istirahət edir. Bildiyiniz kimi,
qastrit futbolçuları fiziki cəhətdən zəiflədir”, – deyə F.Santuş
bildirib.

Portuqaliya – Nigeriya matçı noyabrın 17-də Lissabonda
keçiriləcək. Oyun Portuqaliya yığmasının 2022-ci ildə Qətərdə
keçiriləcək dünya çempionatına hazırlığı çərçivəsində
keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir