Masallı Sənaye Məhəlləsində yeni istehsal sahəsi yaradılır

Bakı. Trend:

“SADIQ 06” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin
(İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidentliyi
statusu verilib, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin
sayı 10-a çatıb.

İZİA-dan Trend-ə bildirilib ki, yeni rezident “SADIQ 06” MMC
Masallı Sənaye Məhəlləsinin ərazisində tütünün quruldulması və
emalını həyata keçirən müəssisə inşa edəcək.

İnvestisiya həcmi 1,9 milyon manat olan müəssisədə 300 yeni iş
yerinin yaradılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir