Mixail Mişustin Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın
17-də Azərbaycana səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini
Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov,
ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər
qarşıladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir