Müharibə bitsə də, Ermənistan hələ də mina istehsal edir və ərazilərimizdə basdırır – Vüqar Süleymanov

Bakı. Trend:

Azərbaycan ərazilərində minatəmizləmə prosesində beynəlxalq
dəstək biz istədiyimiz dərəcədə deyil.

Bunu bu gün Trend-ə özəl açıqlamasınsa Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Süleymanov deyib.

O qeyd edib ki, təəssüflər olsun ki, proses çox ləng gedir.

“Lakin biz Minatəmizləmə Agentliyi olaraq müvafiq dövlət
qurumları ilə birlikdə bu istiqamətdə işlər aparırıq. Ümid edirik
ki, yaxın gələcəkdə bu dəstəyin miqyası və həcmi böyüyəcək”, – deyə
V.Süleymanov əlavə edib.

Onun sözlərinə görə, Laçın rayonu ərazisində 2021-ci il
Ermənistan istehsalı olan piyada əleyhinə minaların tapılması onu
göstərir ki, qarşı tərəf məkirli əməllərindən əl çəkmir. Müharibə
bitsə də, Ermənistan hələ də mina istehsal edir və ərazilərimizdə
basdırır.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi minadan
təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat
zərərsizləşdirilib.

Laçın rayonu ərazisində 2021-ci il Ermənistan istehsalı olan
piyada əleyhinə minaların tapılması onu göstərir ki, qarşı tərəf
məkirli əməllərindən əl çəkmir.Müharibə bitsə də, Ermənistan hələ
də mina istehsal edir və ərazilərimizdə basdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir