SABAH qruplarının xalçaçılıq ixtisasında təhsil alan tələbələrinin buraxılış işinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Noyabr ayının 17-də “Azərxalça” ASC, ADRA (Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası) və Elm və Təhsil Nazirliyi SABAH qrupları
(Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində
Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH) tələbələrdən ibarət
qruplar zənciri) akademiya daxilində birgə buraxılış işi təqdimatı
təşkil ediblər.

Təqdimatda SABAH qruplarının xalçaçılıq ixtisasında təhsil alan
Səbinə Xaliq, Zəhra Məmmədova və Əliyeva Sevinc Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının buraxılış yaradıcılıq işini ixtisası üzrə
müvəffəqiyyətlə başa vurduqları üçün sertifikatlarla təltif
olundular.

Hər üç tələbənin onlara uğur gətirən xalçaları tədbir
iştirakçılarına təqdim olundu. Səbinə Xaliq “Şuşa”, Zəhra Məmmədova
“Xəmsə”, Əliyeva Sevinc isə “Eşq” xovlu xalçalarını təqdim etdi.
Hər üç tələbənin elmi rəhbəri Azərbaycan Xalq Rəssamı Eldar
Mikayılovdur.

Hər üç tələbənin elmi işlərinin eskizləri “Azərxalça”nın
emalatxanalarında xüsusi diqqət və qayğı ilə toxunub.

Tədbirdə “Azərxalça” İdarə Heyəti sədri Emin Məmmədov və
yaradıcı qrup, ADRA-nın müəllim və tələbə heyəti ilə yanaşı Elm və
Təhsil Nazirliyi nümayəndələri də iştirak ediblər.

Tədbirdə söz alan akademik Ömər Eldarov, Emin Məmmədov və
tələbələrin elmi rəhbəri Eldar Mikayılzadə onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayaraq xoş təəssüratlarını
bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir