Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Fransa Hökumətinin mövqeyini əks etdirmir – Fransa XİN nümayəndəsi

Bakı. Trend:

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Fransa
Hökumətinin mövqeyini əks etdirmir.

Trend-in məlumatına görə,
bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisi, Şərq
Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin (XİN)
nümayəndəsi Bris Rökföy noyabrın 17-də Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən
görüşdə deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Xatırladaq ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi
qətnamə ilə bağlı dünən Azərbaycan Milli Məclisi bəyanat qəbul
edib. Bəyanatda qeyd edilib ki, Fransa Senatının Azərbaycana qarşı
qəbul etdiyi qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli
öhdəlikləri pozur.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi
Fransa hökumətinin həm ikitərəfli, həm çoxtərəfli öhdəliklərindən
irəli gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir