Sloveniya Cənub Qaz Dəhlizini idxal variantlarından biri kimi nəzərdən keçirir

Bakı. Trend:

Sloveniya Mərkəzi və Cənub-Şərqi Avropada qaz tədarükü
mənbələrinin şaxələndirilməsinə xidmət edəcək bütün səyləri
dəstəkləyir.

Bunu bu gün Trend-ə Sloveniyanınn infrastruktur naziri Boyan Kumer
deyib.

O qeyd edib ki, bu, Ukraynada hazırkı vəziyyət fonunda xüsusilə
vacibdir, belə ki, Sloveniya alternativ qaz tədarükü mənbələri
axtarışındadır.

“Cənub Qaz Dəhlizi ilə qaz tədarükü, nəzərdən keçirilməli olan
variantlardan biridir. Biz qeyri-müəyyən və mürəkkəb dövrdə
yaşayırıq. Ukraynadakı vəziyyət bizi qaz idxalı və tədarükü
strategiyasını təkrar nəzərdən keçirməyə vadar etdi. Biz artıq qaz
tədarükünün azaldılması üzrə tədbirlər görmüşük. Bizim qaz
idxalımız stabil qalır və hələlik tədarüklə bağlı kəskin fasilələr
olmayıb. Bununla belə, biz alternativ mənbələrdən qaz tədarükünün
təmin olunması üzərində işləyirik”, – nazir bildirib.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan
qazı Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunmağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir